reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ı məğlub edən komanda avrokuboklardan qovuldu


UEFA Albaniyanın "Skenderbeu" komandasını avrokuboklardan kənarlaşdırıb. Sportfm.az xəbər verir ki, albanlar bir il qitə miqyaslı yarışlarda iştirak edə bilməyəcək. Artıq Beynəlxalq  Arbitraj Məhkəməsi klubun apelyasiya şikayətinə rədd cavabı verib. Komanda danışılmış oyunlarda iştirakına görə bu cəzaya məruz qalıb. UEFA-nın qərarına görə, Albaniya çempionu "Skenderbeu”nu Çempionlar Liqasında "Partizani” əvəzləyəcək. "Partizani” isə Avropa Liqasının I təsnifat mərhələsində Slovakiyanın "Slovan” klubu ilə ilk oyununu keçirib. Lakin UEFA bu oyunun nəticəsini ləğv edib və "Slovan” növbəti mərhələyə vəsiqəni təmin edib. Qeyd edək ki, "Qarabağ" Avstriyada təlim-məşq toplanışı çərçivəsində albanlara yoxlama görüşündə 1-0 hesabı ilə məğlub olmuşdu. 

Oxşar xəbərlər

Super klubu avrokuboklardan kənarlaşdıracaqlar
"Qarabağ"ın rəqibinin uğursuz səfər seriyası
"Qarabağ" üçün Albaniya çempionu
UEFA onları 10 il avrokuboklardan qovdu
"Qarabağ" qələbə ilə başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər