reklam
Zeynal Zeynalov:
Sportfm.az xəbər saytı

Zeynal Zeynalov:"Futbolda səhvlər qaçılmazdı"


Sportfm.az çimərlik futbolu üzrə Avropa Liqasında (Euro Beach Soccer League Baku 2018) Belarus yığması ilə qarşılaşan Azərbaycan millisinin baş məşqçisi Zeynal Zeynalovun oyunla bağlı affa.az-a açıqlamasını diqqətinizə çatdırır:
“Rəqib səviyyə baxımından bizdən üstün idi. Çalışdıq mübarizə aparaq və bu müəyyən qədər alındı. Qaçırdığımız penalti oyunda dönüş nöqtəsi oldu. Buna görə heç kimi qınamıram. Futbolda səhvlər qaçılmazdı. Komandamdan narazı deyiləm. Portuqaliya ilə oyunda qələbə qazanmağa çalışacağıq. Biz A divizionunda yeniyik və burdakı komandaların səviyyəsi fərqlidir. Üstəlik, hər bir oyun bizim üçün əlavə motivasiyadı. Ona görə də, Portuqaliyaya qarşı komandanı xüsusi motivasiya etməyə ehtiyac yoxdu. Rəqibin adı, eləcə də oyunların doğma meydanda keçirilməsi qələbə qazanmağımız üçün əsas stimul olacaq”.
Qeyd edək ki, millimiz rəqibinə 1-4 hesabı ilə məğlub olub. 
 
 

Oxşar xəbərlər

Yığmamız Belarusla bacarmadı
Zeynal Zeynalov: "Bizi iki çətin oyun gözləyir"
Yığmamız Fransanın qapısından 4 top keçirdi
Yığmamız Fransa millisi ilə qarşılaşacaq
Komandamız Avropa Liqasında 10 futbolçu ilə çıxış edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər