Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Zeynal Zeynalov:"Bizi iki çətin oyun gözləyir"
Sportfm.az AFFA-nın rəsmi saytına istinadən çimərlik futbolu üzrə Avropa Liqası (Euro Beach Soccer League Baku 2018) turnirində Fransa yığması ilə qarşılaşan Azərbaycan milli komandasının baş məşqçisi Zeynal Zeynalovun oyunla bağlı fikirlərini diqqətinizə çatdırırıq:
“Oyun bərabər səviyyədə keçdi. Vurduğumuz qollar qarşılaşmanın taleyini xeyrimizə həll etdi. Düzdü, hesab 2:1 olanda müəyyən gərginlik yarandı, amma fərqi vaxtında artırmağı bacardıq. Üçüncü qoldan sonra sanki Fransa yığması dayandı.
Növbəti oyunda Belarus, sonra isə Portuqaliya millisi ilə qarşılaşacağıq. Hər iki komandanın oyununu izləmişəm. Portuqaliya bu gün ustalıq səviyyəsinə görə Belarusu məğlub etdi. Bizi iki çətin oyun gözləyir”.
Qeyd edək ki, turun digər oyunlarında Ukrayna, Portuqaliya və İtaliya qələbə qazanıb.
Oxşar xəbərlər
Portuqaliya yığması qapımızdan 6 top keçirdi - FOTO
Zeynal Zeynalov: "Futbolda səhvlər qaçılmazdı"
Yığmamız Belarusla bacarmadı
Yığmamız Fransanın qapısından 4 top keçirdi
Yığmamız Fransa millisi ilə qarşılaşacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası