Millimizin futbolçuları uşaqlara master-klass keçdi -FOTOLAR
IDEA İctimai Birliyi, BMT-nin Azərbaycan nümayəndəliyi və AFFA-nın birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda uşaqlar üçün futbol üzrə master-klass keçirilib.
Sportfm.az AFFA-nın saytına istinadən xəbər verir ki, Azərbaycan milli komandasının futbolçuları Kamran Ağayev, Ruslan Qurbanov və Cavid İmamverdiyevin apardığı master-klassa 50-dək uşaq qoşulub.
Millinin üzvləri uşaqlarla təcrübələrini bölüşüb və onlarla birgə futbol oynayıblar. Sonda master-klassa qoşulan uşaqlara BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədlərinin əks olunduğu toplar hədiyyə edilib.
Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd gənclərin mənəvi və fiziki baxımdan sağlam yetişdirilməsi, sağlam həyat tərzinin təşviqi, gənclərin asudə vaxtlarının düzgün və səmərəli təşkili, həmçinin BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı maarifləndirilmənin artırılması və ölkədə aparılan idman siyasətinə dəstək olmaqdır.



Oxşar xəbərlər
Taekvondo üzrə dünya çempionatı çərçivəsində master-klass keçirildi - VİDEO
Şamaxıda futbol festivalı keçirildi - FOTO
AƏFM layihəsi Tovuzda - FOTO
Uşaqlar üçün futbol festivalı keçiriləcək
Dənizkənarı Milli Parkda master-klass keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bu barədə onun özündən soruşsanız, daha yaxşı olar" - Kurban Berdıyev
-
"Turan" 3 xal qazandı - Premyer Liqa
-
Əvəzedicilər Liqasında bu gün 2 oyun keçirildi
-
Daha bir boksçumuz Avropa çempionudur
-
“Yuventus” Yıldızın satışından 150 milyon qazanacaq
-
AFFA yeni sayt istifadəyə verdi - Uşaq futbolu ilə bağlı















Misli Premyer Liqası