reklam
Rio-2016: Azərbaycan millisinin əsas rəqibi yarışa buraxılmaya bilər
Sportfm.az xəbər saytı

Rio-2016: Azərbaycan millisinin əsas rəqibi yarışa buraxılmaya bilər


Rusiya Olimpiya yığması növbəti dəfə cəzaya məruz qala bilər. Apasport.az saytının məlumatına görə, bir çox idmançısı dopinqdə ilişən şimal qonşularımız avqustun 5-də Rioda start götürəcək XXXI Yay Olimpiya Oyunlarında boks yarışlarından da uzaqlaşdırılmaq təhlükəsi ilə üz-üzədi. Belə ki, onların Olimpiadaya buraxılması üçün hələ qərar verilməyib. Bunu AİBA-nın prezidenti Çinq-Kuo Vu açıqlayıb. Onun sözlərinə görə, qurumun özü də bu məsələdə hələlik hansı qərarın veriləcəyini gözləyir: "Biz BOK komissiyasının qərarını gözləyirik. Ümid edirəm ki, Rusiyanın bütün boksçuları yarışa buraxılacaq. Amma hələ rəsmi qərar yoxdu”.
 
Qeyd edək ki, Rusiya boksçuları bütün ölkələrin, o cümlədən Azərbaycan millisinin də ciddi rəqibi hesab olunur. Onların yarışa buraxılmaması təmsilçilərimizin medal yolunu asanlaşdıra bilər. 

Oxşar xəbərlər

"Barselona"nın "xəyanəti" bağışlanmadı
Rio-2016: Abdulqadir Abdullayev nakautla qalib gəldi
Rio-2016: Rusiya boksçuları üçün “yaşıl işıq”
19 ölkədən sərt tələb: Rusiyaya idmanda yer yoxdu!
Rusiya üçün şok qərar: Olimpiadaya buraxılmırlar...

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər