Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
19 ölkədən sərt tələb: Rusiyaya idmanda yer yoxdu!
Rusiya təkcə Olimpiya Oyunları deyil, idman aləmindən kənar düşə bilər. Apasport.az saytının məlumatına görə, dünyanın 19 ölkəsi şimal qonşularımızın bütün idman yarışlarından, o cümlədən Olimpiadadan kənarlaşdırılması təşəbbüsü ilə çıxış edib. Bu ölkələrin idman və mədəniyyət nazirləri Ümumdünya Antidopinq Agentliyinə müraciət ünvanlayıb. Danimarkalı nazir Bertel Harderin əsas təşəbbüskarı olduğu müraciəti Belçika, Bolqarıstan, Estoniya, Finlandiya, İrlandiya, Xorvatiya, Latviya, Litva, Lüksemburq, Malta, Hollandiya, Norveç, Polşa, Portuqaliya, İsveç, Böyük Britaniya, Çexiya və Avstriya da dəstəkləyib. Agentliyi dəstəkləyən nazirlər daha sərt addımların atılmasını məsləhət görüb.
Qeyd edək ki, bir müddət əvvəl 13 ölkənin antidopinq təşkilatlarının nümayəndələri Rusiya Olimpiya yığmasının tam heyətlə cəzalanmaması qərarını tənqid etmişdilər.
Oxşar xəbərlər
3-cü təsnifat mərhələsinin püşkü atıldı - Konfrans Liqası
2-ci mərhələnin bütün cütlükləri - Konfrans Liqası
Portuqaliya İslandiyaya, Avstriya İsveçə qarşı - AVRO-2024
Avropa Liqası: Gecənin bütün nəticələri
Rio-2016: Azərbaycan millisinin əsas rəqibi yarışa buraxılmaya bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası