"Qəbələ"dən xahiş edə bilərlər...Bakıda oynaması üçün
Azərbaycan Premyer Liqasında sonuncu – 28-ci turun “Qəbələ” - “Qarabağ” matçı Bakıda keçirilə bilər.
Sportfm.az saytı "Report"a istinadən xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib. R.Musayev belə bir variantı Ağdam klubuna çempionluq kubokunun və qızıl medalların təqdim edilməsi ilə əlaqələndirib. Dəyişiklik rəsmiləşəcəyi təqdirdə, matç mayın 20-də Qəbələdə deyil, “Azərsun Arena”da keçiriləcək:
“Çempionluq kubokunu sonuncu turda təqdim etməyi nəzərdə tutmuşuq. "Qarabağ" isə axırıncı turda səfərdə "Qəbələ" ilə üz-üzə gələcək. "Qarabağ"ın mükafatı doğma azarkeşləri önündə almasından ötrü "Qəbələ"dən oyunu Bakıda keçirməsini xahiş edə bilərik".
Oxşar xəbərlər
"Qəbələ" "Qarabağ"la nə vaxt oynayacaq?
“Qarabağ” – “Qəbələ” matçının yeri dəyişdirildi - Premyer Liqa
"Qarabağ"ı Musayev təltif edəcək - PFL-dən açıqlama
Premyer Liqanın XXV turu rəqəmlərin gözü ilə
"Qəbələ" - "Qarabağ" oyununun yeri və vaxtı dəyişdirildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası