reklam
Azərbaycan millisinin sonuncu olmamaq üçün son şansı
Sportfm.az xəbər saytı

Azərbaycan millisinin sonuncu olmamaq üçün son şansı


Bosniya və Herseqovinada təşkil olunan UEFA İnkişaf turnirində iştirak edən U-17 millimiz dünən növbəti oyununu keçirib.

Sportfm.az xəbər verir ki, Xorvatiya yığması ilə qarşılaşan komandamız 0:1 hesabı ilə məğlub olub. Turnirin reqlamentinə əsasənb məşqçi Ramin Quliyev bu oyunda da bütün futbolçuların xidmətindən yararlanıb. Komandamız Xorvatiya ilə oyuna aşağıdakı heyətlə çıxıb: Vüsal Şabanov (qapıçı), Abubakar İbrahimov, Nemət Musayev, Musa Qurbanlı (kapitan), Veysəl Rzayev, Valeh Qəhrəmanlı, İbrahim Novruzov, Samir Məhərrəmli, Samir Abdullayev, Rüfət Əhmədov, Nemət Şıxəmirov. Yığmamızdan Nika Baçaliaşvili, Emil Bayramov, Fərid Yusifli, Cəlal Cəbrayılov, Eldar Quliyev, Tuqay Əlizadə, Cavidan Abbaszadə, Fərid Muxtarov və digər qapıçımız Məhəmməd Əhmədov oyuna sonradan qoşulublar.

Maraq üçün qeyd edək ki, turnirdə bir çox yeniliklər var. Məsələn, adı protokola salınan bütün futbolçular oyunlarda iştirak etməlidirlər. Yaxud, oyun heç-heçə başa çatarsa, qalibi müəyyən etmək üçün penaltilər seriyasına müraciət edilir və burada üstün olan tərəf 2, məğlub olan tərəf isə 1 xal qazanır.

2 turdan sonra aktivində 5 xal olan Makedoniya və Xorvatiya yığmaları liderdilər. Bosniya və Hersoqovinanın 2 xalı var. Xorvatiya ilə 1:1, Makedoniya ilə isə 0:0 oynayan meydan sahibləri hər iki rəqibinə penaltilər seriyasında 3:4 hesabı ilə məğlub olub. Təəssüf ki, baxımlı oyun sərgiləməsinə rəğmən yığmamız xalsızdır.

Xatırladaq ki, Makedoniya ilə ilk oyunda komandamız 0:2 hesabı ilə məğlub olmuşdu. Sabah U-17 millimiz sonuncu oyununa çıxacıq. Rəqib meydan sahibləri olacaq. Komandamızın sonuncu yerdən qurtulması üçün bu oyunda qalib gəlməsi mütləqdir. 

«Het-trik news» qəzeti

Oxşar xəbərlər

"Anji"nin futbolçusu yığmamızda
"Sabah"ın iki futbolçusu yığma komandamızda
"Şaxtyor"un 2 futbolçusu yığmamıza dəvət olundu
"Kəpəz"in futbolçusu yığmaya dəvət olundu
AFFA Xorvatiya ilə matça Mahaçqaladan oyunçu çağırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər