reklam
Bəxtiyar Musayevin oğlu
Sportfm.az xəbər saytı

Bəxtiyar Musayevin oğlu "Neftçi"yə qələbə qazandırdı


Bu gün «Bakcell U-17 Liqası»nda 27-ci turun oyunları keçirilib.

Sportfm.az xəbər verir ki, turun mərkəzi oyunu Qəbələdə baş tutub. Lider «Qəbələ» 2-ci pillənin sahibi «Neftçi»ni qəbul edib. Müşviq Qənbərovun gəlişindən sonra 10 oyunun 8-də qalib gələn, yalnız 2-də heç-heçə edən «Neftçi» bu dəfə də meydanı 3 xalla tərk edən tərəf olub.  

U-17 Liqası, 27-ci tur: 

«Qarabağ» - «Zirə» 1:1

Qollar: Bilal Hüseynov, 52 – Zahir Xanhüseynli, 45 

«Kəpəz» - «Keşlə» 2:0

Qollar: Ayxan Quluzadə, 73, 80 

«Neftçi» İK İB – «Səbail» 2:3

Qollar: Nəzər Bədəlov, 29, 90+3 - Hikmət Verdiyev, 4; Xəlil Bəşirov, 11, 24 

«Qəbələ» - «Neftçi» 0:1

Qol: Nicat Musayev, 47 (pen.) 

«Sumqayıt» - «Ağsu» 3:1 

«Mil Muğan» - «Xəzər Lənkəran» 2:3 

Sonuncu 2 oyunun protokolunu əldə edə bilmədiyimizdən qol vuran futbolçuların adlarını təqdim edə bilmirik. Yeganə məlum olan «Sumqayıt»ın vurduğu qollardan 2-nin müəllifinin İbrahim Novruzovun olmasıdır. 

U-17 Liqasında 28-ci turun oyunları aprelin 16-da keçiriləcək: «Qarabağ» - «Kəpəz», «Zirə» - «Sumqayıt», «Ağsu» - «Qəbələ», «Neftçi» - «Mil Muğan», «Xəzər Lənkəran» - «Neftçi» İK İB, «Səbail» - «Keşlə». Oyunların başlama vaxtı və yeri haqqında əlavə məlumat verəcəyik. 

Bombardirər: Xəyal Bədirov, Xəlil Bəşirov (hər ikisi «Səbail»), İbrahim Novruzov («Sumqayıt») – 23 qol, Nicat Musayev («Neftçi») – 22 qol, İbrahim Camalov («Qəbələ») – 21 qol. 

«Het-trik news» qəzeti

Oxşar xəbərlər

U-16 Liqası: "Bürünc""Neftçi"!
U-17 Liqası: "Neftçi", yoxsa "Keşlə"?
U-17 Liqası: Mərkəzi oyun "Bayıl Arena"da
U-16 Liqası, 21-ci tur: Tovuzda derbi var
U-17 Liqası: Mərkəzi oyunda bərabərlik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər