reklam
Sportfm.az xəbər saytı

"Sumqayıt" FK Şəhidlər Xiyabanını ziyarət etdi -FOTO


Azərbaycan xalqı bu gün qanlı yanvar faciəsinin 28-ci ildönümünü qeyd edir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirdi. Nəticədə yüzlərlə həmvətənlərimiz şəhid olmuşdular. Faciədən artıq 28 il keçir və xalqımız hər il olduğu kimi bu il də şəhidlərimizi dərin ehtiramla yad edir.
Sportfm.az xəbər verir ki, Azərbaycan xalqının kədərinə şərik çıxan "Sumqayıt" klubu, Vətənimizin azadlığı uğrunda canlarından keçən insanların yaxınlarına səbr diləyir. Bu məqsədlə, "Sumqayıt" Futbol Klubunun rəhbərliyi, məşqçi və futbolçu heyəti Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət edərək 20 yanvar şəhidlərini anıb.

Oxşar xəbərlər

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi
Təbrizli futbolçu Şəhidlər xiyabanını ziyarət etdi - VİDEO
20 Yanvar - Xalqımızın qəhrəmanlıq salnaməsi
Cüdo ictimaiyyətinin nümayəndələri Şəhidlər Xiyabanını ziyarət etdi - FOTO
"Qarabağ" Şəhidlər Xiyabanını ziyarət etdi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər