reklam
Sportfm.az xəbər saytı

"Qalatasaray"dan Qüdsə böyük dəstək


Türkiyə çempionatının 15-ci turu çərçivəsində keçirilən “Qalatasaray” – “Ağhisar” oyununda azarkeşlər ABŞ Prezidenti Donald Trampın Qüds qərarına özünəməxsus şəkildə etiraz ediblər.
Sportfm.az xəbər verir ki, oyunçular meydana üzərində “Qüds qırmızı xəttimizdir” yazılan plakatla çıxıblar. 
Azarkeşlər isə hazırladıqları plakatla Həzrəti Əlinin “Zülmə əngəl ola bilmirsinizsə, onu hər kəsə çatdırın” kəlamını nümayiş etdiriblər. Həmçinin “Qalatasaray” azarkeşlərinin hazırladıqları “Qüds azad deyilsə, dünya dustaqdır” və “Qüds qiblədir, Qüds meracdır” plakatları azarkeşlərin etirazını ifadə edib. Qalatasarayın müsəlman legionerləri 3-cü qoldan sonra, həmin plakatların qarşısında səcdəyə gediblər.

Oxşar xəbərlər

“Neftçi” “Qalatasaray”ın tarixinə düşdü - 100-lə
"Qalatasaray" derbidə məğlub oldu - FOTO
Bakı stadionunda İstanbul derbisi izləndi – VİDEO
"Qalatasaray" azarkeşləri Ardaya hücum etdi - FOTO
Türkiyə liqasında Qüdsə belə dəstək oldular - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər