reklam
Dünya çempionatına 7 idmançımız yollandı
Sportfm.az xəbər saytı

Dünya çempionatına 7 idmançımız yollandı


Dekabrın 9-da Rusiyanın Yekaterinburq şəhərində Ümumdünya Kyokşin İttifaqı (KWU) tərəfindən üçüncü dünya çempionatı start götürəcək.

Sportfm.az xəbər verir ki, mötəbər yarışa federasiyanın prezidenti Allahverdi Rüstəmovun rəhbərliyi altında 7 idmançımız yola düşüb.

Millimizin baş məşqçisi Samir Məmmədov, köməkçi məşqçi Namiq Vəliyev mundialda Solmaz Zeynallı (60 kq), Sevinc Mehdiyeva (55 kq), Emin İsmayıllı (65 kq), Valeh Cəfərov (70 kq), Nail Quliyev (75 kq), Mübariz Ağamalıyev (80 kq) və Etibar Ağalarova (85 kq) şans verəcəklər.

Yarışların idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Qələndər Aslanov təmsil edəcək.

Qeyd edək ki, dünya çempionatına dekabrın 10-da yekun vurulacaq.

Oxşar xəbərlər

Boks millimiz Qazaxıstana yollandı - Beynəlxalq turnir
Tələbələr arasında dünya çempionatı keçiriləcək
15 taekvondoçumuz Avropa çempionatına gedir
Qadın güləşçilərimiz Dünya Kuboku uğrunda yarışacaq
İrana yollanacaq güləşçilərimiz məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər