reklam
“Barselona”nın istəyi başına bəla oldu:
Sportfm.az xəbər saytı

“Barselona”nın istəyi başına bəla oldu:FİFA-ya şikayət edəcəklər


"Barselona" heyətinə yeni oyunçu cəlb etməyə hazırlaşır.

Sportfm.az saytı apasport.az-a istinadən xəbər verir ki, kataloniyalılar "Qremio"nun futbolçusu Arturla maraqlanırlar.
Artıq oyunçunun özü ilə danışıqlara start verilib. Hətta klubun idman direktoru Robert Fernandez sözügedən futbolçu ilə görüşərək onunla birlikdə "Barselona" forması ilə şəkil də çəkdirib.
Sosial mediada geniş yayılan foto isə "Qremio" tərəfinin etirazı ilə qarşılanıb. Klubdan verilən açıqlamada Artur üçün onlara heç bir rəsmi təklif gəlmədiyi bildirilib. Yayılmış foto ilə bağlı isə klub FİFA-ya müraciət edəcək.

Oxşar xəbərlər

“Barselona”da 82 milyon avroluq transfer - RƏSMİ
Messiyə müştəri çıxdı
"Barselona" yeni transferini reallaşdırdı - FOTO
"Barselona" braziliyalı futbolçunun transferini həll etdi
"Barselona" qapıçı alır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər