reklam
Sportfm.az xəbər saytı

"Bizi eşidən yoxdur" deyib, çempionatdan çıxdılar!


Futbol üzrə Serbiya Birinci Divizionunda çıxış edən "Novi Pazar" komandası çempionatda iştirakdan imtina edib. 

Sportfm.az saytı xəbər verir ki, Serbiyanın müsəlmanlar yaşayan Sancak bölgəsinin klubu olan "Novi Pazar"ın idarə heyətinin üzvləri onlara qarşı olan haqsızlıqlara görə, Serbiya Birinci Divizionunda çıxış etmək istəmədiklərini açıqlayıb:"Komandamızın görüşlərində daim bizim xeyrimizə olmayan hakim səhvləri qeydə alınır. Qarşılaşmalarda həmişə əzilən tərəf biz oluruq. Sözümüzü deyə bilmirik. Bizi eşidən yoxdur. Federasiya rəsmiləri baş verən qanuqsuzluqlara göz yumur. Belə vəziyyətdə Serbiya futbolunda fəaliyyətimizi davam etdirmək istəmirik". 

Qeyd edək ki, Birinci Divizionun son matçında səfərdə "Buduçnost"la qarşılaşan "Novi Pazar"ın qapısına, hesab 1:1 olarkən penalti təyin edilib, hakim qonaq komandanın bir futbolçusuna qırmızı, 8 üzvünə sarı vərəqə verib. Həmçinin, ədalət təmsilçisi klubun baş məşqçisi və köməkçilərini tribunaya göndərib. 

Oxşar xəbərlər

"Kəpəz" Serbiya təmsilçisi ilə bərabərə qaldı - Yoxlama oyunu
"Bizi 18 turluq ağır çempionat gözləyir" - Tərlan Əhmədov
“Kəpəz” Macarıstan klubu ilə qarşılaşacaq
“Kəpəz” serblərə qarşı - Toplanış
"Sumqayıt"da yeni hücumçu - Transfer

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər