reklam
Felipe Luis Türkiyəyə gələ bilər!
Sportfm.az xəbər saytı

Felipe Luis Türkiyəyə gələ bilər!


Daha bir məşhur futbolçu Türkiyəyə gəlir. Braziliyalı Filipe Luis qış fasiləsində Super Liqa klubuna keçəcək.
Sportfm.az xəbər verir ki, bu barədə "Bəyaz TV"nin şərhçisi, keçmiş futbolçu və "Beşiktaş"ın sabiq meneceri Sinan Engin açıqlama verib. O, Yasmin Latovleviçinin oyunundan narazı olan "Qalatasaray" azarkeşlərini səbrli olmağa çağırıb. Bildirib ki, klub qış fasiləsində müdafiənin sol cinahına "Atletiko"nun ulduzu Felipe Luisi transfer edəcək.
Qeyd edək ki, "Atletiko" 2010-cu ildə "Deportivo"dan 12 milyon avroya aldığı braziliyalı futbolçunu 2014-cü ildə "Çelsi"yə 20 milyon avroya satıb. Madrid klubu cəmi bir il sonra onu 16 milyon avroya geri qaytarıb. Hazırda "Transfermarkt" müdafiəçiyə 18 milyon avro qiymət qoyub.

Oxşar xəbərlər

1.5 milyon avroya alıb, 30 milyon avroya satdılar
"Real"dan Mbappe üçün fantastik məbləğ
"Qalatasaray" seneqallı futbolçusuna 15 milyon qiymət qoydu
"Barselona" Arda Turana fantastik qiymət qoydu
Arda Turanın gedəcəyi klubun adı açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər