"Mənim heç bir Azərbaycan köklərim yoxdu” -Yığmamızn heyətində çıxış edən futbolçudan etiraf
“Komandamızı saxlayan azərbaycanlı iş adamları AFFA ilə çox yaxşı əlaqələrə malik idi. Elə alındı ki, çempionat başa çatan kimi mən Azərbaycanın yeniyetmələrdən ibarət millisinə baxışa yollandım” - bunu Lipetskin “Metallurq” klubunun futbolçusu İlya Baulçev deyib.
Sportfm.az saytı xəbər verir ki, 19 yaşlı müdafiəçi vətənində verdiyi müsahibəsində bildirib ki, vaxtı ilə çıxış etdiyi “Proqress” klubunun sahibi azərbaycanlılar olduğu üçün AFFA-ya təklif olunub. Lakin onun ölkəmiz adından çıxışı uğursuz alınıb: “Bu komanda Minskdə təlim-məşq toplanışında idi. Onlar Belarusla 2 yoxlama matçı keçirdilər. Mən də bu qarşılaşmaların hər ikisinin son 20 dəqiqəsində meydanda oldum. Bu, məşqçilər korpusu üçün yetərli oldu və bir də məni yığmaya dəvət etmədilər. Bilmək olmaz ki, mən bu ölkənin millisində möhkəmlənsəydim, karyeram necə davam edəcəkdi. Vurğulayım ki, mənim heç bir Azərbaycan köklərim yoxdu”.(aut.az)
Oxşar xəbərlər
"Ayaz Quliyevin oyununu yaxından izləyirəm" - Rusiya klubunun futbolçusu
"Sabah"ın futbolçusu milliyə dəvət edildi
"Azərbaycan mənim ikinci vətənim kimidir" - Kolli
"Neftçi"nin futbolçusu "Qəbələ"lini əvəz etdi - Azərbaycan millisində
Samir Ələkbərova kimlər sifariş verib? - Açıqladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası