Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Region Liqası üçün 21 bölgə, 2 Bakı komandası
AFFA-nın təşkil etmək istədiyi yeni yarışla bağlı xəbər var. İndiyədək başlamalı olan, lakin komanda çatışmazlığı üzündən startı yubanan Region Liqası üçün daha bir neçə komanda müraciət edib.
Sportfm.az saytı xəbər verir ki, AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdullanın bildirib ki, 11 komanda yarışda iştirakını təsdiqləyib, daha 12 komandanın isə müraciətinə baxılır. Onlardan birinin sənədlərində kiçik problem var, çox güman ki, hamısı qeydiyyata alınacaq.
Maraqlıdı ki, bu 23 komandadadan cəmi ikisi Bakını təmsil edir. Bu isə o deməkdi ki, yarışları 3 zonada keçirməklə bağlı plana dəyişiklik ediləcək. 3 zona üzrə 8 komandalı qruplar mümkün olmayacaq. Hələlik adlar açıqlanmadığından dəqiq bir söz demək olmur.
Firuz bəyin dediyinə görə, yarış dekabrın əvvəlində start götürməlidi. İştirakçıların tam siyahısı da o zaman bəlli olacaq. Paytaxtda komanda sayının belə az olması çox güman ki, Həvəskarlar Federasiyasının yarışının başlaması ilə bağlıdı. Bu federasiya eyni statuslu yarışın Bakı zonasında mövsümə start verdiyindən buradan Region Liqası üçün komanda tapmaq müşkülə çevrilib.(futbolinfo.az)
Oxşar xəbərlər
Region Liqasında komandaların sayı artırılır
Region Liqası keçiriləcəkmi? - Nonsens
AFFA qərar verdi: “Region Liqası” başlayır - Püşkatma 3 şəhərdə keçiriləcək
Region Liqası nə vaxt start götürəcək?
"Region Liqası" ilə bağlı görüş olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası