reklam
Beynəlxalq Federasiyada yeniliklər
Sportfm.az xəbər saytı

Beynəlxalq Federasiyada yeniliklər


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) yeniliyə imza atıb.

Sportfm.az saytı apasport.az-a istinadən xəbər verir ki, hər ilin yekunlarına əsasən ən yaxşıları müəyyənləşdirən qurum yeni kateqoriyalar əlavə edib.

Əvvəlki illərdə olduğu kimi, qurum ilin ən yaxşı kişi və qadın hakim, pleymeykerlər, qapıçılar, həmçinin klub və milli məşqçilərini və ən yaxşı qadın klubunu müəyyənləşdirir. İFFHS ilk dəfə kişi və qadınlardan ibarət rəmzi yığmanı da tərtib edəcək. Bu komandalar 4-3-3 sistemi ilə müəyyənləşəcək.

Bu 11 kateqoriya İFFHS-nin ölkələr üzrə nümayəndələrinin səsləri ilə bəlli olacaq. Azərbaycanı apasport.az saytının əməkdaşı Vüqar Xeyrullayev təmsil edir.

Qeyd edək ki, 2017-ci ilin yekunlarına görə, daha 4 siyahı müəyyənləşəcək. Klub reytinqi, dünyanın ən yaxşı liqaları, ölkə çempionatlarının və beynəlxalq oyunların bombardirləri də açıqlanacaq.

Oxşar xəbərlər

2021-ci ilin ən yaxşı qolkiperi - FOTO
"Qarabağ" ən yaxşı klublar sırasında - Son 10 ildə
Son 10 ilin ən yaxşı baş məşqçisi - İFFHS açıqladı
İlin ən yaxşı qapıçısı açıqlandı - 5-ci dəfə
İlin ən güclü klub məşqçisi müəyyənləşdi - Siyahı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər