reklam
Sportfm.az xəbər saytı

"Ölkəmizi dünyaya başqa tərəfdən göstərmək istəyirik"


Əfqanıstan idmançıları tarixdə ilk dəfə Qış Olimpiadasında iştirak edəcəklər.
Sportfm.az xəbər verir ki, dağ xizəkçiləri Səid Əlişah Farfanq və Səyad Hüseyni ölkəni Cənubi Koreyanın Pxençixan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında təmsil edəcəklər.
"Biz öz ölkəmizi dünyaya başqa tərəfdən göstərmək istəyirik, qoy görsünlər ki Əfqanıstan, təkcə müharibə olan yer demək deyil", — deyə Hüseyni bildirib.
Əfqanıstan idmançıları 13 yay olimpiya oyunlarında iştirak ediblər. Yığma komandanın aktivində taekvondo idman növü üzrə iki bürünc medal var.

Oxşar xəbərlər

"Ağ Olimpiada" başlanır - FOTO
Azərbaycanın Qış Olimpiadasında iştirak şərtləri açıqlandı
Şimali Koreyalılar Cənubi Koreyaya gedəcək
Olimpiadada iştirak edəcək Şimali Koreya idmançılarının sayı açıqlandı
Koreyalılar qərarını verdi - Açılış mərasiminə vahid bayraq altında qatılacaqlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər