reklam
Əlində
Sportfm.az xəbər saytı

Əlində "rumka" olan hakim ittihamlara cavab verdi:"Sözünü yerə salmadım" -ÖZƏL


Mətbuatda “Kəpəz” – “Qarabağ” matçının yan xətt hakimi Yaşar Abbasovun əlində "rumka" tutan şəkli yayımlanaraq, FİFA referisinin xəngəl mövsümünü açıq elan etməklə, həm də oyuna hazır olduğunu bildirməyə çalışdığı qeyd edilib. Yaşar Abbasovun dostları tərəfindən sosial şəbəkədə paylaşılan fotosuna şərh olaraq,  Abbasovun Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovu heç vecinə də almadığı bildirilir. Fit sahibi haqqında yazılan ittihamlara cavab verməyi lazım bilib. Sportfm.az saytına açıqlama verən Abbasov bir çox mətləblərə aydınlıq gətirib:"Niyə çalışırlar ki, məni gözdən salsınlar? Adam öldürmüşəm, oğurluq etmişəm? Foto yaxın dostum tərəfindən "Facebook"da paylaşılıb. Oktyabrın 31-də Gürcüstandan qayıtmışam. Orda 17 yaşlıların turnirində idim. Bakıya qayıdanda uşaqlıq dostumun Rusiyadan gəldiyini eşitdim. Onu xeyli vaxt idi görmürdüm. Zəngləşdik və noyabrın 1-inə görüş təyin etdik. Oturduq, dedi gəl şəkil çəkdirək. Təbii ki, etiraz etmədim. Fotoda əlimdə "rumka" tutmağımı xahiş etdi, sözünü yerə salmadım. Məsələ bu qədər bəsitdir. Yazıblar ki, hadisə matç günü olub. Heç olmasa, bir soruşun. Adam araşdırmadan, bilmədən necə ağlına gələni yaza bilər? Qarşılaşmaya təyinatım noyabrın 3-də olub. Yəni, hadisədən iki gün sonra. Bəs, gedib Tbilisidə o qədər görüşlərdə yann xətt hakimi oldum, ondan niyə yazmadılar? Bunların hamısı məqsədli şəkildə edilir!".

Qeyd edək ki, noyabrın 5-də baş tutacaq "Kəpəz" - "Qarabağ" matçının baş hakimi Rəhim Həsənov olacaq. 

 

 

 

 

 

Oxşar xəbərlər

"Hakimi vurmamışam, itələmişəm" - Vüqar Məmməd
Premyer Liqada hakim təyinatlarında dəyişiklik
Rəhim Həsənov İslandiyaya gedəcək
O, necə insan olduğunu göstərdi - Qurban Qurbanov
Penalti ləğv edildi, "Qarabağ" qalib gəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər