Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Qəbələdə hazırlıq başladı
Bakı Şahmat Olimpiadasında iştirak edəcək qadın şahmatçılardan ibarət Azərbaycanın birinci və ikinci komandası Qəbələdə təlim-məşq toplanışına başlayıb. Rekord.az xəbər verir ki, ilk hazırlıq mərhələsində Zeynəb Məmmədyarova, Gülnar Məmmədova, Nərmin Kazımova, Günay Məmmədzadə, Aydan Höcətova, Nərmin Xələfova, Xəyalə Abdulla, Türkan Məmmədyarova, Nərgiz Umudova və Ülviyyə Fətəliyeva iştirak edir. Təlim-məşq toplanışı başa çatandan sonra birinci və ikinci komandanın heyəti müəyyənləşəcək. Bakı Şahmat Olimpiadasının mətbuat xidməti xəbər verir ki, qadın şahmatçılarımız Qəbələdə məşqçilər Fikrət Sideyifzadə, Konstantin Landa, Anar Allahverdiyev və Fərid Abbasovun rəhbərliyi altında hazırlaşır.
Oxşar xəbərlər
Şahmatçılarımız dünya çempionatına qatılacaq
Azərbaycan və Ukrayna şahmatçıları arasında turnir keçiriləcək - Onlayn
Şahmatçılarımız Avropa çempionatında çıxış edəcək
Şahmatçımız Avropa Çempionatında liderdir
Şahmatçılarımıza yeni geyimlər təqdim olundu - FOTOLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası