"Kəpəz"in Müşahidə Şurasında kim yer alsın? - Tərəflər ortaq məxrəcə gələ bilmir!
Mikayıl Nərimanoğlunun "Kəpəz"dən ayrılmasından sonra klubun Müşahidə Şurasında kimin yer alacağı sualı hər kəsi düşündürür.
Sportfm.az saytının etibarlı mənbədən əldə etdiyi məlumata görə, hazırda Gəncə klubunda kimin təmsil olunması ilə bağlı ciddi müzakirələr gedir. "Kəpəz"in Müşahidə Şurasının sədri Elmar Vəliyev vakant posta öz adamını təyin etmək istəyir. AFFA-da isə buna qarşıdırlar. Deyilənə görə, federasiyanın Gəncəyə göndərmək istədiyi adamın kimliyi də artıq məlumdur. Belə görünür ki, tərəflər bu məsələdə ortaq məxrəcə gələ bilmirlər.
Qeyd edək ki, "Kəpəz"dən uzaqlaşdırılan Mikayıl Nərimanoğlu AFFA-nın Mətbuat Departamentinin rəhbəri vəzifəsini də təhvil verməli olub.
Oxşar xəbərlər
"Kəpəz"də növbəti istefa
AFFA "Kəpəz" klubunun Müşahidə Şurasına yeni üzv təyin etdi
Mikayıl Nərimanoğlu yeni işinin icrasına başladı
Mikayıl Nərimanoğlu "Kəpəz"dən getdi - RƏSMİ
"Kəpəz"in azarkeşləri sevindirəcəyinə inam ifadə edildi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası