Samir Abbasov:"Hakimə dedim ki, göydə allah var"
Sportfm.az saytı xəbər verir ki, Premyer Liqanın 10-cu turunda səfərdə "Neftçi"yə 2-1 məğlub olan “Sumqayıt”ın baş məşqçisi Samir Abbasov oyunsonrası mətbuat konfransında bunları deyib:"Oyuna pis başladıq. Fərhad Vəliyev kimi təcrübəli qapıçı da səhv edir. Görüşün bitimində meydana daxil olub hakimə dedim ki, göydə allah var. Cavan komandayıq.Rəqib bizi bağışlamadı. Avrokuboklara çıxmaq üçün əlimizdən gələni edəcəyik. Təcrübəli oyunçularımız var. Avrokuboklar haqda indidən danışmaq lazım deyil. Hələ bilmək olmaz. Rəqib səhvlərimizdən istifadə edirdi. İkinci hissədə, matçın sonuna yaxın çətinliklə üzləşdik. Son dəqiqələrdə buraxdığımız qol olmasaydı, rəqibin çox imkanları yox idi. Biz bunu çox istəyirik".
Oxşar xəbərlər
"Çox utancverici oyun oldu" - Samir Abasov
"Heç bir komandanı hesabdan silmirik" - Samir Abasov
"Qardaş Azərbaycandan qardaşcasına ayrılırıq" - Fatih Terim
"Şkupi"nin baş məşqçisi: "Rəqibin güclü orta xətti var"
"Neftçi"nin təhlükəli futbolçuları var" - Aftandil Hacıyev
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası