reklam
UEFA
Sportfm.az xəbər saytı

UEFA "Qəbələ"yə görə Azərbaycana pul ayırdı


UEFA Azərbaycana 426 320 avro əlavə vəsait ayırıb.

Sportfm.az xəbər verir ki, bu məbləğ 2016-2017 mövsümündə Azərbaycan çempionatındakı klubların uşaq-gənclər futbolunun inkişafı ilə bağlı layihələrinin maliyyələşdirilməsi məqsədilə ödənilib.

UEFA ümumilikdə 54 milli assosiasiyaya ayırdığı vəsaiti iki yerə bölüb. 2016-2017 mövsümündə UEFA Gənclər Liqasının qrup mərhələsində təmsil olunmuş 17 ölkəyə daha yüksək məbləğdə ödəniş edilib. Azərbaycan qalan 37 ölkə arasında yer alıb. Keçmiş SSRİ respublikalarından Belarus (452300), Litva (433474) və Qazaxıstandan (431591) geri qalan milli assosiasiya ümumilikdə 13 ölkəni üstələyib. Onların arasında Gürcüstan (422,328) və Ermənistan (408,472) da var.

Qeyd edək ki, ötən mövsüm UEFA Gənclər Liqasında Azərbaycanı "Qəbələ" təmsil edib. "Qırmızı-qaralar" elə ilkin təsnifat mərhələsindəcə Rusiyanın "Dinamo" (Moskva) komandasına evdə 0:2, səfərdə 0:5 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.(sportnet.az)

Oxşar xəbərlər

UEFA "Qəbələ"yə 25 min avro verdi
Klublarımız AFFA-ya yeni konsepsiya təqdim edəcək
UEFA Azərbaycan klublarına böyük məbləğdə vəsait ayırdı
Avrokuboklarda çıxış etmiş Azərbaycan klublarına yenidən vəsait ayrıldı
UEFA “Qəbələ”yə pul ayırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər