Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Bütün futbolçuları qovub, bu yığmanı dağıtmalıyıq”
EURO 2016-da Uelsə uduzan (0:3) Rusiya yığması turnirlə vidalaşıb. Sportfm.az lenta.ru saytına istinadən xəbər verir ki, şimal qonşularımızın Avropa çempionatındakı uğursuz çıxışına bu ölkənin Dövlət Duması da biganə qalmayıb.
Belə ki, Dumada Rusiya millisinin dağıdılması təklifi irəli sürülüb. Konkret olaraq, bu təklif Dövlət Dumasının Bədən tərbiyəsi, idman və gənclərlə iş üzrə komitəsinin sədri Dmitri Svişevdən gəlib.
O bildirib ki, Rusiya yığmasının EURO-daki uğursuz çıxışı əslində təəccüblü deyil: "Hər şey gözlənilən idi. Sadəcə, hamı möcüzəyə ümid edirdi, o da baş vermədi. Görünür, möcüzələr olmur. Məntiqi sonluq qeydə alındı və biz Fransanı tərk edib, evə qayıtmalı olduq. Danışılası bir şey yoxdu. Köklü dəyişikliklər lazımdı. Heyətdə olan bütün futbolçuları qovub, bu yığmanı dağıtmalıyıq. İşə yeni, təmiz səhifədən başlamalıyıq. Əks təqdirdə, xeyri olmayacaq”.
Qeyd edək ki, EURO 2016-nın qrup mərhələsində Uelslə yanaşı, Slovakiyaya da uduzan (1:2) ruslar yalnız İngiltərədən xal almağı (1:1) bacarıblar.
Oxşar xəbərlər
Rusiya millisində yeni baş məşqçi
EURO 2016: “UEFA sistemdə axmaq dəyişikliklər edib”
EURO 2016": 1/8 final cütlükləri müəyyənləşdi
EURO 2016: Akinfeyev əfsanələri geridə qoydu
EURO 2016-nı bu ölkənin əhalisinin 8% stadionlardan izləyəcək!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












Misli Premyer Liqası