reklam
Sportfm.az xəbər saytı

"Qəbələ"dən bir ilk - KB-75-ə qarşı döyüşəcəklər


"Qəbələ" İdman Klubunun boksçuları növbəti sınağına çıxacaq.

Sportfm.az xəbər verir ki, klubdan apasport.az saytına verilən məlumata görə, idmançılarımız Ukraynanın KB-75 komandası ilə beynəlxalq yoxlama görüşü keçirəcək.

Krivoy Roq şəhərində təşkil olunacaq matç 7 döyüşdən ibarət olacaq. Gənclər və Tələbələr İdman Sarayında baş tutacaq dueldə "Qəbələ" və KB-75-in boksçuları 7 çəki dərəcəsində üz-üzə gələcək.

Oktyabrın 21-də keçiriləcək matçda Ramiz Mirkamalovun baş məşqçisi olduğu komandamızı Ümüd Rüstəmov (56 kq), Elvin İsayev (64 kq), Roman Zakirov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmmədəli Tahirzadə (+91 kq) təmsil edəcək. Döyüş yerli vaxtla saat 18:00-da başlayacaq.

Oxşar xəbərlər

Yığmamızın heyəti müəyyənləşdi
Boksçularımız Odessada beynəlxalq turnirdə çıxış edəcək
Azərbaycanın ən güclü boksçuları məlum oldu - Nəticələr
KB-75 - «Qəbələ» görüşü öncəsi çəki mərasimi
"Qəbələ" boksçularından 8 medal

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər