reklam
Əfran İsmayılov:
Sportfm.az xəbər saytı

Əfran İsmayılov:"Ramil istədiyini elədi"


DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniya ilə qarşılaşan millimiz 1:5 hesablı məğlubiyyətə üzülüb. Matçdan sonra komandamızın üzvü Əfran İsmayılov jurnalistlərin suallarını cavablandırıb.

- Oyunla bağlı nə demək olar?

- Bacardığımız qədər vuruşduq, çalışdıq ki, yaxşı oynayaq. İlk hissə də 1:1 bitdi. Ancaq biz Çexiya ilə oyunda yorulmuşduq, almanlar isə tamamilə yeni oyunçularla çıxmışdılar. Ona görə də gücləri sona qədər çatdı və lazımi qolları vura bildilər.

- Amma ilk hissədə yaxşı oynayırdıq...

- Bütün gücümüzü qoymuşduq. Tədricən isə itirməyə başladıq və uduzduq. Deyərdim ki, gücümüzü düz bölmədik.

- Beş qolun qarşısında 1 qol müsbət amildi, yoxsa diqqət çəkmir?

- Heç ən güclü komandalar da almanlara qol vura bilmirlər. Əlbəttə ki, müsbət məqamdı.

- Ramilin qol vurmağı “Qarabağ” və gələcək milli üçün xeyirli olacaq?

- Ramil istədiyini elədi, hücumçudu, işi qol vurmaqdı. Gec-tez fərqlənəcəkdi. İnanıram ki, davamı gələcək.

- Seçmə mərhələ başa çatdı...

- Maraqlı tsikl oldu. Deyərdim ki, bizim üçün qırılma nöqtəsi Şimali İrlandiya ilə oyun oldu. Orda biz çox şey itirdik. Sonra toparlana bilmədik.(qol.az)

Oxşar xəbərlər

“Milli komanda mənim üçün maraqlı deyil” - Azərbaycanlı futbolçu
"Dedi ki, nə qədər oynamısan, ya oynamamısan fərqi yoxdur, gəl, oynayacaqsan"
Əfran İsmayılov "Qarabağ"dan ayrılır: "Belə bir variant var"
Qurban Qurbanov: Coşquna yaxşı elədi qırmızı verdi
Robert Prosineçki:"Oyunda yaxşı çıxış edəcəyinə söz verə bilmərəm"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər