Futnet üzrə Azərbaycan Super Liqası nə vaxt başlayır? -RƏSMİ
Yay aylarında futvole üzrə daxili yarışla yanaşı, beynəlxalq turnir keçirməyə müvəffəq olan Azərbaycan Futnet Assosiasiyası(AFNA) yeni tədbirlərə start verməyə hazırlaşır. Sportfm.az saytı xəbər verir ki, AFNA-nın 1-ci vitse-prezidenti Samir Məmmədov qarşıdakı planlarla bağlı açıqlama verib:”Futnet üzrə Azərbaycan Super Liqasının startını oktyabr ayının sonlarına nəzərdə tutmuşuq. Oyunları şənbə və bazar günləri keçirmək fikrindəyik. Məkan olaraq “Marafon” İdman Klubunu seçmişik. Bu kompleksdə hər cür şərait var. Turnirdə 10-a yaxın komandanın iştirakı gözlənilir. Super Liqanın 6 ay davam etməsi mümkündür. Hər şeyin yüksək səviyyədə təşkil olunması üçün bütün gücümüzü səfərbər etmişik. AFNA olaraq, Azərbaycanda daha bir ilkə atmanın qürurunu yaşayacağıq”.
Qeyd edək ki, hazırda “Marafon” İdman Klubunda futnet üzrə qadınlardan ibarət yığma komandamıza seçim xarakteri daşıyan seleksiya məşqləri keçirilir.
Oxşar xəbərlər
"Xəmsəfan Gəncə" "Neftçi" İK-yə, "Xilə" "Yeni Günəşli"yə qarşı oynayacaq - Azərbaycan Super Liqasının başlama vaxtı bilindi
Azərbaycan Super Liqasının start götürməsinə az qaldı
İdman assosiasiyasının adı dəyişdirildi - Azərbaycanda
Elşad Quliyev yığmamızın baş məşqçisi oldu - FOTO
Azərbaycan daha bir beynəlxalq quruma üzv oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin










.png)




Misli Premyer Liqası