reklam
Azərbaycanlı gimnast Dünya Kubokunu qazandı
Sportfm.az xəbər saytı

Azərbaycanlı gimnast Dünya Kubokunu qazandı


Portuqaliyada keçirilən Dünya Kuboku yarışlarında batut gimnastikası üzrə yığma komandamızın üzvü Mixail Malkin tamblinqdə qələbə qazanıb.

Sportfm.az xəbər verir ki, 20-dən çox ölkənin idmançılarının iştirak etdikləri turnirin təsnifat mərhələsində inamlı çıxışı ilə hakimlərdən ən yüksək xal alan gimnastımız final mərhələsinə vəsiqəni təmin edib. Həlledici mərhələdə də proqramını qüsursuz icra edən idmançımız bütün rəqiblərini geridə qoyaraq Dünya Kubokunun qızıl medalına sahib olub.

Xatırladaq ki, M.Malkin bu ilin fevralında Bakıda təşkil olunmuş Dünya Kuboku mərhələsində gümüş medal qazanıb. Gimnastımız oktyabrın ilk həftəsində İspaniyada keçiriləcək beynəlxalq turnirdə və noyabrın 9-11-də Sofiyada təşkil ediləcək dünya yaş qrupu yarışlarında iştirak edəcək.

Oxşar xəbərlər

Selcan və Mixail Sofiyaya yollanacaq
Gimnastımız finala yüksəldi - Avropa çempionatı
Dünya kubokunun yoxlama məşqləri keçirildi - FOTO
Gimnastımız Dünya Kubokunda qızıl medal qazandı
Malkindən böyük uğur - Dünya Kubokunun finalına çıxdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər