Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Mariana Vasilyeva yenə qalmaqalın mərkəzində
İsrailin Holon şəhərində bədii gimnastika üzrə Avropa çempionatına start verilib. Azərbaycan gimnastları 37 ölkənin iştirak etdiyi mötəbər yarışda iştirak edirlər. Azerisport.com saytının məlumatına görə, yuniorlar arasında çıxış edən gimnastlarımız Veronika Qudis və İlahə Məmmədova müvafiq olaraq ip və halqayla kompozisiyada həlledici mərhələyə vəsiqə qazanıb. Qrup hərəkətləri üzrə komandamız xalça üzərinə çıxaraq, lentlə kompozisiyanın öhdəsindən gəlib. Bu çıxışdan sonar Azərbaycan yığması bazar günü keçiriləcək final mərhələsində iştirak hüququ əldə edib. Millimizin halqa və gürzlə kompozisiyasında kuryoz hadisə baş verib. Gimnastlarımızın çıxışı zamanı kompozisiyanı müşaiyət edən musiqi texniki problemlər səbəbindən yarımçıq dayanıb. Hadisədən sonra Azərbaycan yığmasının baş məşqçisi, bolqarıstanlı Mariana Vasileva musiqinin yarımçıq dayandırılmasına etiraz edib. Texniki Komitə Azərbaycan gimnastlarının kompozisiyanı yenidən yerinə yetirəcəyini bildirib. Qrup hərəkətləri üzrə yığma xalçaya çıxmağa hazırlaşdığı zaman Texniki Komitədən yenidən çıxış etməyin mümkünsüz olduğunu bildiriblər. Qeyd edək ki, yığmamızın baş məşqçisi bir çox mötəbər yarışlarda etdiyi etirazlarla diqqət mərkəzinə düşüb.
Oxşar xəbərlər
Avropa Çempionatında gimnastlarımızın uğursuzluğu - FOTO
İsrail gimnastı Bakıda Dünya Kubokunda birinci oldu
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışları başladı
Marina Durunda bədii gimnastika üzrə Dünya Kubokunda iştirak etməyəcək
İkiqat dünya çempionu Bakıya gəlir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası