reklam
Dias
Sportfm.az xəbər saytı

Dias "Qarabağ"ın qarşılaşmasında olacaq


Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Roma" matçının hakimləri müəyyənləşib.

Sportfm.az xəbər verir ki, Bakıda ədaləti Portuqaliyadan olan hakimlər briqadası qoruyacaq.

Görüşün ədalət təmsilçisi Artur Dias olacaq. Ona Rui Tavares və Paulo Soareş kömək edəcəklər. Əlavə hakim köməkçiləri Tiaqo Martinslə Joao Pineyro olacaqsa, Bruno Rodriges ehtiyat hakim funksiyasını yerinə yetirəcək.
Onların işinə israilli hakim-inspektor Haim Jakov qiymət verəcək. Oyunun UEFA nümayəndəsi isə Oleq Harlamov (Estoniya) olacaq.
Qeyd edək ki, sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Roma" qarşılaşması saat 20:00-da başlayacaq.

Oxşar xəbərlər

“Viktoriya” – “Qarabağ” matçının hakimləri açıqlandı
Azərbaycan - Kosovo matçında norveçli hakimlər
“Proqres”–“Qəbələ” oyunu şimali irlandiyalı hakimlərə həvalə edildi
Buke Olimpiya stadionunda olacaq
"Qarabağ" ilk ev matçında məğlub oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər