""Qarabağ" "06"-dır,"Roma" isə BMW"- Prezidentdən açıqlama
Sportfm.az saytı qafqazinfo-ya istinadən xəbər verir ki, Musayev Divizion iştirakçılarının sayından tutmuş, "Qarabağ"ı n ÇL-dəki matçınadək danışıb.
- Hər iki komandanın ifasında yüksək səviyyəli futbol izlədik. Oyundan razı qaldım. Xüsusilə, "Neftçi"nin.
- Yəni, "Neftçi"dən gözlədiyiniz oyunu gördünüz?
- Bir az da vaxt lazımdır. Görmək istədiyim oyuna lap az vaxt qalıb.
- I Divizionda 10 komandanın iştirak edəcəyi bildirilsə də, hələ dəqiq rəqəm səsləndirilməyib...
- Dəqiq səsləndirirəm: 10 komanda iştirak edəcək. Qalan söz-söhbətlərə fikir verməyin.
- "Qarabağ"ı qarşıda "Roma"yla məsul oyun gözləyir...
- "Qarabağ" "06"-dır və motoru da bu markadadır, "Roma" isə BMW-dir. Ümid edək ki, BMW "06"-ya yoldaşlıq edəcək..
- Oyun başa çatdıqdan sonra "Qəbələ"nin bir futbolçusu digərini vurdu...
- İnsident yaşanıb, amma vurulmağını görməmişəm.
- Dəqiq vurub.
- Vurub, vurub da. Kişi kişini vurar da. O ki qaldı bilavasitə suala, bu, klubun daxili işidi. Belə hadisə yaşanıbsa, cəzalandırılacaq.
Oxşar xəbərlər
Samir Əliyev: Həmin oyunda heç-heçə olmasını istəyirdim
"Roma" rəsmisi "Qarabağ"la oyun haqda: “Ya indi, ya heç vaxt”
Ramin Musayev:"Səhv salmayın da..."
""Qarabağ" zəifdir" - İtalyanlar “Roma”dan razıdı
"Qarabağ" ilk səfərini Londona edəcək - təqvim bəlli oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası