reklam
Bakıda cüdo üzrə dünya çempionatı başladı
Sportfm.az xəbər saytı

Bakıda cüdo üzrə dünya çempionatı başladı


Bu gün Bakıda cüdo üzrə böyüklər arasında dünya çempionatına start veriləcək.
Sportfm.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçiriləcək yarışın ilk günündə qadınlar 48 kq, kişilər isə 60 kq çəki dərəcəsində qüvvələrini sınayacaqlar.

Yarışın açılış günündə Azərbaycanın 4 cüdoçusu tatami üzərinə çıxacaq.

Qadınların yarışında 48 kq çəkidə Şəfəq Həmidova 1/32 finalda Nataşa Razafindrakalo (Madaqaskar) ilə, Könül Əliyeva isə 1/16 finalda Mari Di Varqas Ley (Çili) ilə qarşılaşacaq.

Kişilərin yarışında 60 kq çəki dərəcəsində Balabəy Ağayev 1/16 finalda Artsiom Kolasau (Belarus) / Dilşot Xalmatov (Ukrayna) cütünün qalibi ilə, Əhməd Yusifov isə Baxrom Boturov (Özbəkistan) / Tumenjarqal Tuvşintur (Monqolustan) duelinin ən güclüsü ilə üz-üzə gələcək.

Qeyd edək ki, oktyabrın 11-nə qədər davam edəcək yarışda 93 ölkədən 622 cüdoçu mübarizə aparacaq. Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edəcək. Yığmamız həmçinin oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında çıxış edəcək.

Oxşar xəbərlər

İki cüdoçumuz mübarizəyə qoşulur - Dünya çempionatı
Bu gün 2 cüdoçumuz mübarizəyə qoşulacaq - Dünya çempionatı
Cüdoçularımız ilk gündə medalsız qaldı - Dünya çempionatı
3 cüdoçumuz mübarizəyə başlayır - Dünya çempionatı
Beş cüdoçumuz mübarizəyə başlayır - Avropa çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər