Rəşad Sadiqov: "Psixoloji durumum zəifləmişdi"
Sportfm.az saytı xəbər verir ki, "Neftçi”nin yeni transferi Rəşad Sadiqovun iştirakı ilə mətbuat konfransı keçirilib.
Sadiqov jurnalistlərin suallarını cavablandırıb:
- Hazırda fiziki durumun necədir?
- Məşq edirdim. Sadəcə, tək çalışırdım, dostlarla futbol oynayırdıq. Çəki problemim olmadığına görə məşq etməsəm də, problem olmur. 100 faiz olmasa da, 70 faiz hazıram. Baş məşqçimiz şans versə, oynaya bilərəm.
- Komandanın futbolçularında nə çatmır?
- Futbolçuarda inam çatışmır. Psixoliji durum zəifləmişdi. Baş məşqçimiz özünə inamı, qələbə gücünü komandaya qaytarmağa çalışır.
- "Neftçi" variantı olmasaydı, karyeranı başa vuracaqdın?
- Açığı, "Neftçi"dən təklif olmasaydı, bitirməyi planlaşdırırdım.
- Liderliyi üzərinə götürə biləcəksən?
- Çalışacam ki, bu yükü üzərimə götürüm. Hər komandada lider futbolçu olmalıdı. Tək meydanda yox, meydandan kənarda da.
- 6 nömrənin xüsusi anlamı var?
- Xüsusi bir mənası yoxdu. 20 ildi eyni nömrə ilə oynayıram. Başqa nömrədə çıxış etmirəm.
- "Zirə"də nə baş verdi ki, ayrıldın?
- Oyundan sonra özüm ayrılmaq istədim. Başqa bir problem olduğunu düşünmürəm. Belə alındı. Xarakterlərimiz uyğun gəlmirdi, ona görə də getdim. "Zirə"dən elə bir şey gözləmirdim. Aylıq maaşımı, mərhələ keçdiyimizə görə mükafatımı verdilər. "Zirə" rəhbərliyi yaxşı insanlardı.
Oxşar xəbərlər
"Biz müdafiə olunurduq” - Rəşad Sadıqov
"Rəşad Sadıqov tələbkar məşqçidir" - Şəhriyar Rəhimov
"Onların növbəti mərhələlərdə də yaxşı şansı var"
Rəşad Sadiqov karyerası ilə bağlı mühüm qərar verdi
"Atamın istefa verməsinə sevindim" - Coşqun Diniyev
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası