Ayxan Abbasova xəbərdarlıq edildi
Sportfm.az xəbər verir ki, 9 sentyabr 2017-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz Premyer Liqasının IV turunun “Qəbələ” – “Zirə” matçının 90+1-ci dəqiqəsində “Zirə” klubunun baş məşqçisi Ayxan Abbasov oyunun baş hakiminə qarşı emosional şəkildə etiraz etdiyi üçün xəbərdarlıq olunur. Bu hal yenidən baş verəcəyi təqdirdə məşqçi cəzalanacaqdır. 10 sentyabr 2017-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin IV turunun “Qəbələ" – “Zirə” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur.
10 sentyabr 2017-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin IV turunun “İnter" – “Kəpəz” matçında “Kəpəz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur.
Oxşar xəbərlər
Cavidin cəzası açıqlandı
"Zirə"nin oyununun videoyazısına baxıldı, vərəqə ləğv edildi
"Turan Tovuz" və "Neftçi" cərimə olundu
Azarkeşləri "Qarabağ"ı ziyana saldı
AFFA mövsümün ilk cəzalarını açıqladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası