Dünyanın ən çox baxılan matçının vaxtı niyə dəyişdirildi?
La Liqa prezidenti Xavyer Tebas Primeranın 17-ci turunda keçirilməli olan "Real Madrid" - "Barselona" matçının 3 gün geri, dekabrın 23-ə çəkilməsindən danışıb.
Sportfm.az xəbər verir ki, Tebas "El Klasiko"nun günorta saatlarında (Bakı vaxtı ilə 15:00) oynanılmasına da aydınlıq gətirib.
"Dünyada ispan futbolunun pərəstişkarları çoxdur. Sinqapur və Avstraliyada futbola baxmaq üçün uyğun zamandır. Məni təkcə meydana gələn azarkeşlər yox, ekran qarşısında əyləşən fanatlar da maraqlandırır. Dünyanın fərqli ölkələrindən oyunu stadiondan izləməyə gələ bilməyənlər televizordan matç izlədiklərinə görə pul ödəyirlər. Bunlar arasında balans saxlamaq lazımdır. Bizim beynəlxalq arenada tamaşaçımız 30% çoxdur. Son 3 ildə stadiona gələn azarkeşlərin sayı 2 milyon artıb. Bütün azarkeşlərə hörmət etməliyik".
Oxşar xəbərlər
Yeni mövsüm sentyabrda başlayacaq - La Liqada
La Liqa prezidenti istefaya göndərildi
“El klasiko”nun vaxtı müəyyənləşdi
"Rusları Bilbaoya buraxmaq lazım deyildi" - Etiraz
“El Klasiko”nun vaxtı açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası