Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan 25-ci pilləyə yüksəldi -UEFA Reytinqi
“Sabah”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) klubunu məğlub edərək Liqa mərhələsinə vəsiqə qazanması Azərbaycanın UEFA ölkə reytinqindəki mövqeyinə ciddi təsir edib.
Sportfm.az xəbər verir ki, “Sabah” bu nəticə ilə ölkəmizə ümumilikdə 7 reytinq xalı qazandırıb. Bunun 1 xalı cavab görüşündəki qələbəyə, 6 xalı isə Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqəyə görə verilən bonusdur.
Avrokuboklara Azərbaycandan 4 klub başladığı üçün 7 xal 4-ə bölünüb və ölkəmizin mövsümlük əmsalına 1,750 xal əlavə olunub.
Bununla Azərbaycanın 2026/27 mövsümündə qazandığı xal 5,125-ə çatıb. Hazırda bu, Avropada mövsümün ən yüksək göstəricisidir. Azərbaycan bir gecədə 6-cı pillədən 1-ci yerə yüksələrək Portuqaliya, İspaniya, Almaniya, İtaliya və İngiltərəni qabaqlayıb.
Son 5 mövsümün nəticələrinin nəzərə alındığı UEFA ölkə reytinqində isə Azərbaycanın xalı 23,687-yə çatıb. Ölkəmiz Sloveniyanı (22,843) geridə qoyaraq 25-ci pilləyə yüksəlib.
“Qarabağ” da “Tvente”ni keçərək UEFA Konfrans Liqasının Liqa mərhələsinə vəsiqə qazanarsa, Azərbaycanın reytinqdə daha da irəliləmək və İsrail, Ukrayna, hətta Rumıniyanı qabaqlamaq şansı yaranacaq (haqqin.az).

Oxşar xəbərlər
“Sabah” Çempionlar Liqasının qrupunda
Əmsalımız artdı - "Qarabağ"ın qələbəsi sayəsində
Azərbaycanın mövqeyi dəyişdi - UEFA reytinqi
UEFA reytinqində ölkəmizin yeri dəyişmədi
"Qarabağ" ölkəmizin reytinq xalını zənginləşdirdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Maradona, Platini, Ziko kimi böyük futbolçu olmaq istəyirdik" - "Qızıl 76-lar"dan biri
-
"Kəpəz" Azərbaycan millisi ilə bərabərə qaldı - Yoxlama oyunu
-
"Turan Tovuz" - "Fənərbaxça" matçına 25 min bilet satıldı
-
“Neftçi” Litva klubu qarşılaşacaq - Yoldaşlıq görüşü
-
Ronaldo tək özünə görə yox, oğluna görə də narazıdı
-
Millimizin heyətində dəyişiklik edildi

Misli Premyer Liqası