Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Kadi yeni rekorda imza atdı
“Qarabağ”ın futbolçusu Kadi Borqes yeni rekorda imza atıb.
Sportfm.az xəbər verir ki, o, Azərbaycan klublarının UEFA Konfrans Liqasındakı ən yaxşı bombardiri adına sahib çıxıb.
Braziliyalı yarımmüdafiəçi buna turnirdəki 6-cı qolunu vurmaqla nail olub. O, pley-off mərhələsinin “Tvente” ilə Niderlanddakı görüşündə (1:0) fərqlənib. Bununla da Kadi UEFA Konfrans Liqasında “Qarabağ” forması ilə keçirdiyi 17 matçda 6-cı qoluna imza atıb.
Onun əvvəlki 5 qolu 2021/22 mövsümünə təsadüf edib. Həmin vaxt Kadi III təsnifat mərhələsində Kipr AEL-inə (1:0) və pley-offda Şotlandiya “Aberdin”inə (3:1) bir, qrupda Kipr “Omoniya”sına (4:1) iki, pley-offda Fransa “Marsel”inə (1:3) bir qol vurub.
Bunadək Azərbaycan klublarının UEFA Konfrans Liqasındakı ən yaxşı bombardiri adına üç şərik var idi. Kadidən başqa bunu bacaran futbolçulardan Coy Lens Mikels “Sabah”ın, Rafael Utziq “Qəbələ” və “Zirə”nin heyətində 5 qola sevinib.
Qeyd edək ki, Kadi “Qarabağ” forması ilə avrokuboklarda ümumi qol sayını 11-ə çatdırıb.

Oxşar xəbərlər
Kadi 25-ci qoluna imza atıb - Yubiley
"Qarabağ"ın tarixində 18-ci futbolçu - FOTO
Kadi 40-a çatdı
Premyer Liqamızda bombardiri - Kadi Borqes
"Qarabağ" növbəti turda - Konfrans Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Maradona, Platini, Ziko kimi böyük futbolçu olmaq istəyirdik" - "Qızıl 76-lar"dan biri
-
"Əzmkar komandaya qarşı oynayacağıq" - Ayxan Abbasov
-
Ronaldo tək özünə görə yox, oğluna görə də narazıdı
-
“Qarabağ” “Zirə”yə qarşı - Yoxlama oyunu
-
"Mingəçevir Reqatası-2026" beynəlxalq turniri başa çatdı
-
Azərbaycan millisinin Avropa çempionatındakı məlum oldu

Misli Premyer Liqası