reklam
“Hapoel” təmsilçimizdən çəkinir -
Sportfm.az xəbər saytı

“Hapoel” təmsilçimizdən çəkinir -xüsusi qərar


“Sabah”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Hapoel” (Beer-Şeva) bu gün İsrail Toto Kubokunda “Hapoel Hayfa” ilə qarşılaşacaq.

Sportfm.az xəbər verir ki, baş məşqçi Ran Kojux “Sabah”la oyunu nəzərə alaraq heyətdə ciddi rotasiya edəcək.

“Srvena Zvezda” üzərində qələbə qazanan görüşdə start heyətində meydana çıxan futbolçuların əksəriyyətinə istirahət veriləcəyi bildirilir. Ohana, Hazut və digər az oynayan futbolçuların isə “Hapoel Hayfa” ilə matça start heyətində başlamaları gözlənilir.

Mənbə qeyd edir ki, Beer-Şeva təmsilçisi bütün diqqətini dörd gün sonra keçiriləcək “Sabah”la qarşılaşmaya yönəldib.

Xatırladaq ki, “Sabah” “Hapoel”lə ilk matçı avqustun 19-u Rumıniyanın Budapeşt şəhərində, cavab oyunu isə avqustun 25-də Bakıda keçirəcək./qol.az/

Oxşar xəbərlər

İsrail təmsilçisi "Sabah"a rəqib oldu - Çempionlar Liqası
“Kayrat” “Levski”yə məğlub oldu - Çempionlar Liqası
Pley-off mərhələsinin püşkü atıldı - Çempionlar Liqası
“Sabah”ın rəqibi kubokda mərhələ adladı
İsrail klubu “Qarabağ”ın futbolçusunu istəyir - Təkidlə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər