reklam
Bakıya 16 milli və klub komandaları gələcək
Sportfm.az xəbər saytı

Bakıya 16 milli və klub komandaları gələcək


15-16 avqust "Sea Breeze" istirahət mərkəzində 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının (FIBA 3x3 World Women's Series) növbəti mərhələsinin oyunları keçiriləcək.
Sportfm.az xəbər verir ki, bu mərhələdə ümumilikdə 16 milli və klub komandası iştirak edəcək. Azərbaycan, "Neftçi SOCAR", Niderland, Almaniya, Avstriya, "Madrid" (İspaniya), Latviya, "Yanjinq" (Çin), Çexiya, "Varşava" (Polşa), Ukrayna, Polşa, Paraqvay, Misir, Benin, "Arrasate Ointxe" (İspaniya). Turnirdə ilk oyun gününün görüşləri 15 avqustda keçiriləcək və oyunlar təsnifat mərhələsi ilə start götürəcək. Əsas mərhələnin C qrupuna vəsiqə qazanmaq üçün mübarizə aparacaq milli komandamız təsnifat oyunlarında iştirak edəcək. Saat 10:00-da millimiz turnirin açılış matçında Ukrayna yığması ilə üz-üzə gələcək, ardından saat 10:50-də Misir yığmasına qarşı qüvvəsini sınayacaq. Günün ikinci yarısında isə əsas qrup oyunlarının həyəcanı başlayacaq. B qrupunda yer alan "Neftçi SOCAR" ilk matçına saat 15:50-də İspaniyanın "Arrasate Ointxe" klubuna qarşı çıxacaq. Təmsilçimiz qrupdakı digər görüşünü saat 17:40-da Çinin "Yanjinq" komandasına qarşı keçirəcək. Qeyd edək ki, qruplarda ilk iki pillənin sahibləri 1/4 finala vəsiqə qazanacaqlar. Avqustun 16-da 1/4 final oyunları ilə yanaşı, yarımfinal və final görüşləri də baş tutacaq. Azarkeşlər iki gün davam edəcək "Sea Breeze" mərhələsinin oyunlarını İdman TV və FIBA 3x3-ün rəsmi YouTube kanalı vasitəsilə canlı izləyə biləcəklər.

Oxşar xəbərlər

“Neftçi”nin oyunlarının təqvimi bilindi - Dünya Qadın Seriyası
“Neftçi”nin oyunlarının təqvimi bəlli oldu
“Neftçi”nin oyun təqvimi açıqlandı - Dünya Qadın Seriyası
Yığmamızın oyunlarının təqvimi açıqlandı - Dünya Qadın Seriyası
Millimiz dünya çempionatının finalında

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər