Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bakıda cüdo məşqçiliyi üzrə sertifikat proqramına start verilib
Bakıda Beynəlxalq Cüdo Federasiyası (BCF) Akademiyasının cüdo məşqçiliyi üzrə sertifikat proqramına start verilib.
Sportfm.az xəbər verir ki, ACF və Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən proqramda ümumilikdə 62 məşqçi iştirak edir.
Onlardan 39-u Azərbaycanı, digər iştirakçılar isə Hindistan, Tacikistan, Cibuti, Niderland, Finlandiya, ABŞ və Rusiyanı təmsil edir.
Proqram çərçivəsində nəzərdə tutulan seminarlar BCF Akademiyasının ekspertləri tərəfindən keçirilir. Təlimlər zamanı iştirakçılara cüdo məşqçiliyinin müxtəlif istiqamətləri üzrə nəzəri və praktiki biliklər təqdim olunur. Proqramı uğurla başa vuran məşqçilər BCF Akademiyasının beynəlxalq sertifikatı ilə təltif ediləcəklər.
Bakıdakı proqram BCF Akademiyasının 10 illik fəaliyyəti ərzində təşkil olunan 150-ci sertifikat proqramı olması ilə xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan indiyədək BCF Akademiyasının 6 sertifikat proqramına ev sahibliyi edib.

Oxşar xəbərlər
Cəmi 2 ölkənin cüdo məşqçiləri gəldi - Bakıya sertifikat üçün
Bakıda BCF Akademiyasının seminarına start verildi
Bakıda cüdo məşqçiləri üçün seminar keçirildi
Cüdo məşqçilərinə sertifikatlar təqdim olundu - FOTO
31 məşqçimiz IJF imtahanından keçdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

.jpg)

Misli Premyer Liqası