Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ölkə çempionatı və kuboku başa çatdı
Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı ilə keçirilən ölkə çempionatı və kuboku yarışları başa çatıb.
Sportfm.az xəbər verir ki, Binə Atçılıq Mərkəzində bir neçə gün davam edən yarışlarda U15, U18 və böyüklər kateqoriyaları üzrə ölkənin güclü oxatanları mübarizə aparıblar.
U15 kateqoriyasında Selcan Məmmədli və Məhəmməd İsmayılov qızıl, Məryəm İbrahimli və Saleh Məmmədli gümüş, Zeynəb Abdullayeva və Əhməd İsmayılov isə bürünc medal qazanıblar.
U18 kateqoriyasında Sümeyyə Bədəlli və Sərdar Vəliyev birinci, Şəms Heybətova və Zahid Kazımzadə ikinci, Zəhra Carçılı və Hüseyn Məhərrəmov isə üçüncü yeri tutublar.
Böyüklər arasında Fatimə Hüseynli və Nurlan Rəhimli ölkə çempionu adını qazanıblar. Lalə Əbdürəhmanova və Əli Qənbərli gümüş, Svetlana Simonova və Morozeviç Amiran isə bürünc medala layiq görülüblər.
Yarışların sonunda qaliblərin mükafatlandırılması mərasimi keçirilib. İdmançılara medal və mükafatlar Gənclər və İdman Nazirliyinin, Azərbaycan Kamandan Oxatma Federasiyasının və “Target Archery Club”ın nümayəndələri tərəfindən təqdim olunub.
Mükafatlandırma mərasimindən sonra ölkə çempionatı və kuboku rəsmi olaraq başa çatıb.

Oxşar xəbərlər
Ölkə çempionatı yekunlaşdı
Sona Rüstəmli qızıl medal qazandı - Azərbaycan birinciliyi
Cüdoçularımız qızıl medal qazana bilmədi - Avropa Kuboku
İdmançılarımız dünya çempionatında 17 medal qazandı
Dünya çempionatında 10 medal: İdmançılarımız ermənilərə şans vermədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası