reklam
Torresdən transfer açıqlaması -
Sportfm.az xəbər saytı

Torresdən transfer açıqlaması -"Hər cür ssenariyə hazır olmalıyam"


​"Barselona"nın ispan hücumçusu Ferran Torres Paris Sen-Jermenə (PSJ) keçidi ilə bağlı yayılan şayiələrə münasibət bildirib.

​Sportfm.az xəbər verir ki, ​ulduz hücumçu gələcəyi ilə bağlı qəti fikir bildirməkdən yayınaraq hər şeyə hazır olduğunu vurğulayıb:

"Futbolda hər şey bir dəqiqə ərzində dəyişə bilər. Nə baş verəcəyini heç vaxt bilmək olmaz. Mən hər cür ssenariyə hazır olmalıyam." - deyə futbolçu bildirib.

​Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Fransa nəhənginin ispan forvardla yaxından maraqlandığı barədə xəbərlər tirajlanmışdı. Futbolçunun özü isə bu iddiaları nə təkzib, nə də təsdiq edib.

Xatırladaq ki, Ferran Torres geridə qalan mövsümdə "Barselona"nın heyətində bütün turnirlər daxil olmaqla 49 rəsmi matçda meydanda olub, 21 gol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar xəbərlər

Final matçının ən yaxşısı Torres oldu
317 dəqiqə meydanda olan futbolçu onlara lazım olmadı
"Barselona" istəyinə nail oldu - TRANSFER
Levandovski “Barselona”da qalacaq - Agenti açıqladı
Torres gedir - Razılıq verildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər