reklam
Şeydayev Rusiyaya qayıtdı -
Sportfm.az xəbər saytı

Şeydayev Rusiyaya qayıtdı -RƏSMİ


Azərbaycanlı futbolçu Ramil Şeydayevin yeni klubu bəlli olub.

Sportfm.az xəbər verir ki, 30 yaşlı futbolçu Rusiyanın 1-ci liqa təmsilçisi "Soçi" klubuna transfer olunub. Tərəflər arasında 2026/2027 mövsümünün sonunadək qüvvədə olan müqavilə imzalanıb. O, yeni komandasında 7 nömrəli formanı geyinəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Şeydayev karyerası ərzində "Qarabağ", "Zenit", "Jilina", "Neftçi", "Kocaelispor", "Buriram Yunayted" və digər klubların formasını geyinib.

Oxşar xəbərlər

"Neftçi"dən getdi və qayıtdı - RƏSMİ
Ramil Şeydayev yenə Azərbaycana qayıtdı - RƏSMİ
Ramil Şeydayev daha onunla çalışacaq - Təyinat
Ramil Şeydayev rəsmən "Kocaelispor"da
Ramil Şeydayev Türkiyəyə gəlir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər