reklam
Mahir komandasının yeganə qolunu vurdu
Sportfm.az xəbər saytı

Mahir komandasının yeganə qolunu vurdu


Polşa çempionatında 2-ci turun oyunları keçirilir.

Sportfm.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası “Rakuv” səfərdə "Şlyonsk"ın qonağı olub. Matç "Şlyonsk"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

2 avqust

"Şlyonsk" - "Rakov" - 2:1

Qollar: L.Maryanats, 86, P.Samets-Talar, 90 // Mahir Emreli, 60

Qeyd edək ki, M.Emreli əsas heyətdə yer alıb və 60-cı dəqiqədə hesabı açaraq komandasını hesabda irəli çıxarıb. O, matçın 73-cü dəqiqəsində Brusberqlə əvəzlənib.

Qeyd edək ki, bu, Mahir Emrelinin "Rakov"un heyətində ikinci qolu olub. O, daha əvvəl UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsində Malta təmsilçisi "Valletta" ilə debüt matçında da fərqlənməyi bacarıb.

Oxşar xəbərlər

Mahir çıxdığı ilk oyunda məyus oldu - Polşa çempionatı
Mahir Emreli "Rakuv"da qol hesabını açdı - Konfrans Liqası
Mahir Emreli qol vurdu, komandası qələbəyə sevindi
Emreli "Kayzerslautern"də ilk qolunu vurdu, komandası qalib gəldi
Mahir Emreli kubok matçında qol vurdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər