reklam
Mehri Bolqarıstanda medal qazandı -
Sportfm.az xəbər saytı

Mehri Bolqarıstanda medal qazandı -UĞUR


Bolqarıstanda keçirilən “Sofia Diving Cup” yarışında iştirak edən suya tullanma üzrə yeniyetmələrdən ibarət milli komandanın üzvü Mehri Ağayeva qızlar arasında E qrupu üzrə 1 metr tramplindən tullanma kateqoriyasında gümüş medala layiq görülüb.

Sportfm.az xəbər verir ki, idmançı 115.20 xalla 15 idmançı arasında 2-ci yeri tutub.

Eyni kateqoriya üzrə ötən ilki yarışda onun nəticəsi 72.95 xal (11-ci yer) olmuşdu.

Qeyd edək ki, Sofiya şəhərində 14-17 iyul tarixləri arasında keçirilən turnirdə 15 ölkədən ümumilikdə 187 idmançı çıxış edir. Milli komandamız yarışa 7 idmançıyla təmsil olunub: Alisa Hacıyeva (12 yaş), Ayla Hüseynova (12 yaş), Maqsud Tahirli (12 yaş), Mehri Ağayeva (8 yaş), Muhəmməd Hüseynov (9 yaş), Sofiya Ağayeva (6 yaş), Suada Tahir (14 yaş). Baş məşqçi – Anton Melnikov, məşqçi – Angelina Melnikova.

Oxşar xəbərlər

Gimnastlarımızdan dünya kuboku və AGF Trophy yarışlarında 3 qızıl medal
Azərbaycan karateçilərindən 2 medal - Beynəlxalq turnir
Güləşçilərimiz Türkmənistanda üç medal qazandı
İdmançılarımız tarixi nəticəyə imza atdı
Rio-2016: 15 yaşlı çinli çempion oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər