reklam
Sportfm.az xəbər saytı

"Sabah"ın oyun təqvimi bilindi


Ardıcıl ikinci mövsüm FIBA Çempionlar Liqasının əsas mərhələsində çıxış edəcək Azərbaycanın "Sabah" basketbol klubunun qrup mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib.
Sportfm.az xəbər verir ki, paytaxt təmsilçisi A qrupunda ilk matçını oktyabrın 6-da səfərdə Litvanın "Ritas" (Vilnüs) komandasına qarşı keçirəcək.

Lazar Spasiçin baş məşqçisi olduğu kollektiv oktyabrın 14-də Türkiyə "Trabzonspor"unu qəbul edəcək. Komanda oktyabrın 27-də isə Fransanın "Nanter" klubunu sınağa çəkəcək.

Noyabrın 10-da "Trabzonspor"la səfərdə üz-üzə gələcək Azərbaycan çempionu dekabrın 9-da Fransada "Nanter"in qonağı olacaq.

Qrup mərhələsində son oyun isə dekabrın 22-də Bakıda Litvanın "Ritas" komandasına qarşı keçiriləcək.

Oxşar xəbərlər

Millimizin oyunlarının təqvimi
“Sabah” Monteneqro klubuna qarşı - FİBA Avropa Kuboku
“Neftçi”nin oyunlarının təqvimi bilindi - Dünya Qadın Seriyası
“Qarabağ”ın qrup oyunlarının təqvimi - Avropa Liqası
“Neftçi”nin oyun təqvimi açıqlandı - Dünya Qadın Seriyası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər