AFFA gənclərə limit tətbiq etdi
AFFA-nın inzibati binasında Topaz Premyer Liqasında çıxış edən “Qarabağ”, “İnter”, “Zirə”, “Neftçi”, “Sumqayıt”, “Kəpəz” və “Səbail” klublarının idman direktorları və müvafiq nümayəndələrinin iştirakı ilə iclas keçirilib.
Sportfm.az xəbər verir ki, “Qəbələ” klubunun nümayəndələrinin ölkə xaricində olması nəzərə alınaraq, telefon bağlantısı yaradılıb. İclasda əsas müzakirə mövzusu 2017/2018-ci il mövsümündən başlayaraq U-19 Liqasında 6+5 limitinin (6 futbolçu 2000-ci il, 5 futbolçu 1999-cu il təvəllüdlü) tətbiq olunması olub və bu barədə qərar qəbul olunub.
Limitin tətbiqində əsas məqsəd müvafiq yaş qrupuna aid yığma komandanın Avropa çempionatının seçmə mərhələsində oyun təcrübəsi çox olan futbolçulardan təşkil olunması, onların mütəmadi olaraq oyunlarda iştirakını təmin etməkdir.
Bundan əlavə, UEFA-nın təcrübəsi əsas götürülərək U-19 Liqasının “Gənclər Liqası” adlandırılması təklif olunub və klub nümayəndələri tərəfindən dəstəklənib.
Oxşar xəbərlər
Klublar Komitəsinin iclası keçirildi - FOTO
Lisenziya alan klubların adları açıqlandı
Klublar Komitəsinin iclası keçirildi - FOTO
Klublar Komitəsinin iclası keçirildi - FOTO
Rəfiyev Klublar Komitəsinin sədri seçildi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MOK-da ikitərəfli tərəfdaşlıq müzakirə olundu
-
Türkiyə İtaliyaya uduzdu, Fransadan darmadağın - Millətlər Liqası
-
Azərbaycan millisinə məğlub oldu, istefaya göndərildi
-
"Təcrübə hər zaman sözünü deyir” - “Turan”ın baş məşqçisi
-
İlk oyunların hakimləri açıqlandı - Azərbaycan Kuboku
-
Millimiz bu gün Cəbəllütariqlə qarşılaşacaq















Misli Premyer Liqası