reklam
Millimiz 4-cü oldu -
Sportfm.az xəbər saytı

Millimiz 4-cü oldu -Böyük Dəbilqə


Monqolustanın paytaxtı Ulan Batorda keçirilən Böyük Dəbilqədə Azərbaycanın cüdo üzrə milli komandası 54 medal qazanıb.

Sportfm.az xəbər verir ki, son olaraq, 100 kq-dan yuxarı çəki dərəcəsində Kənan Nəsibov bürünc medal görüşünə çıxıb.

O, 3-cü yer uğrunda görüşdə niderlandlı Yur Spiykerslə üz-üzə gəlib.

Qarşılaşmadan qalib ayrılan Nəsibov 5-ci yerlə kifayətlənib.

Beləliklə, Azərbaycan millisi Böyük Dəbilqəni 1 qızıl, 3 bürünc medalla ümumi sıralamada Yaponiya, Cənubi Koreya və İtaliyadan sonra 4-cü, kişilərin yarışında Yaponiya və Cənubi Koreyadan sonra 3-cü pillədə başa vurub.

Qeyd edək ki, daha əvvəl Balabəy Ağayev (60 kq) qızıl, Nizami İmranov (66 kq), Murad Fətiyev (90 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medala sahib olub.

Oxşar xəbərlər

“Böyük Dəbilqə”: Günə iki yüksək əyarlı medal
Azərbaycan cüdoçusundan qızıl medal - Böyük Dəbilqə
Azərbaycan millisi 5-ci medalını qazandı - Böyük Dəbilqə
İki cüdoçumuz bürünc medal qazandı - Böyük Dəbilqə
Cüdoçumuz “bürünc” qazandı - Böyük Dəbilqə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər