reklam
Sportfm.az xəbər saytı

"Rəqibimiz təcrübəli komandadı" -Rəşad Sadıqov


"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin püşkü ilə bağlı fikirlərini bildirib.

Sportfm.az klubun sosial şəbəkə hesabına istinadən xəbər verir ki, Sadıqov rəqib "Torpedo"(Kutaisi) barədə də danışıb:

“Əslində bütün çalışmalarımız Premyer Liqada növbəti mövsümə hazırlıq üzərində qurulmuşdu. Bir neçə gün öncə avrokuboklarda iştirak etməli olduğumuzu bildik və bizim üçün gözlənilməz oldu. Bu mərhələdə isə rəqibimiz “Torpedo”dur. Rəqib çox təcrübəli komandadır. Mütəmadi avrokuboklarda iştirak edir. Heyətləri keyfiyyətli yerli və legioner futbolçulardan ibarətdir. Komandanı təcrübəli alman mütəxəssis çalışdırır.

Hazırda Gürcüstan çempionatı davam edir və bunu rəqib üçün üstünlük saymaq olar. Rəqibə hörmətlə yanaşırıq. Oyuna ciddi hazırlaşıb, inşallah sonda mərhələ keçən tərəf olmaq istəyirik”.

Oxşar xəbərlər

"Ümid edirik ki, UEFA Konfrans Liqasının Liqa mərhələsinə vəsiqə qazanacağıq” - Qara Qarayev
"Omoniya"nın baş məşqçisi "Zirə"ni rəqib saymır
“Yaxşı hazırlıq matçı oldu” - Qurban Qurbanov
"Püşk qarşımıza yaxşı rəqib çıxardı" - Rəşad Sadıqov
"Samtredia" zəif komanda deyil" – Qriqorçuk

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər